Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Xudu Məmmədov küçəsində tikilməkdə olan bağçada işlərin gedişatı ilə tanış olmuşdur

05 oktyabr 2017 | 11:00

      Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov İcra Hakimiyyəti Başçısının müavinlərinin, şöbə müdirlərinin və rayon Mənzil Kommunal Təssərüfat Birliyinin, Xətai və Əhmədli bələdiyyələrinin sədrlərinin, digər xidmət sahələrinin nümayəndələrinin iştirakı ilə rayonun  Xudu Məmmədov küçəsində yeni inşa edilən 120 yerlik körpələr evi-uşaq bağçasına gəlmiş, işlərin gedişatı ilə  yerində tanış olmuşdur. Həmçinin, bağçanın həyətyanı sahəsinə daxil olacaq əraziyə də baxış keçirmiş, iş prosesini izləmişdir.
     Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov işlərin vaxtında başa çatması üçün ərazidə aparılan abadlıq-quruculuq işlərini sürətləndirmək haqda əlaqədar təşkilatlara və xidmət sahələrinin rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir.

Keçidlər