Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı rayon ərazisində məskunlaşmış məcburi köçkün ailələrinin nümayəndələrini qəbul etdi

09 oktyabr 2017 | 11:00

      9 oktyabr 2017-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı  Razim Məmmədovun növbəti qəbulu keçirilib.
Qəbulda rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, başçısının Sahə İnzibati Ərazi Dairələri üzrə nümayəndələri və  xidmət sahələrinin rəhbərləri  iştirak edib. 

     Görüş zamanı rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov  rayon İcra Hakimiyyətinə müraciət etmiş Cavanşir küçəsi 10 a, Kazımağa Kərimov küçəsi 15, 823-cü keçid 3 ünvanlarda kompakt məskunlaşan  məcburi köçkün ailələrinin nümayəndələrini  qəbul edib. Sakinlərin problemləri ilə ətraflı tanış olan Razim Məmmədov qaldırılan problemlərlə bağlı yerində araşdırmalar aparılması və dərhal tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
    Görüşdə iştirak edən rəsmi şəxslər müraciətlərlə bağlı vətəndaşlara müvafiq izahatlar  verib, sakinləri maraqlandıran sualları cavablandırıb, onları narahat edən məsələlərə aydınlıq gətiriblər.
Sakinlər onlara verilən cavablardan və izahatlardan razı qaldıqlarını bildirib, göstərilən diqqətə  görə   minnətdarlıq ediblər.

Keçidlər