Rayon İcra Hakimiyyətinin başçısı Respublika Kənd Təsərrüfatı Nazirliyinin yeni inzibati binasının inşası üçün ayrılmış əraziyə baxış keçirib
09 oktyabr 2017-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov rayon İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin, rayon bələdiyyəsinin, xidmət sahələrin rəhbərlərinin və digər rəsmi şəxslərin iştirakı ilə Süleyman Vəzirov küçəsi 25 ünvanda Kənd Təssərrüfatı Nazirliynin yeni inzibati binasının inşası üçün ayrılmış əraziyə baxıb.
Məlumat verilib ki, ərazi S.Vəzirov və N.Rəfiyev küçələrinin kəsişməsində yerləşir. Ərazidə 1930-cu ildə tikilmiş ikimərtəbəli, 4 girişlı, 16 mənzilli yaşayış binası mövcuddur. Bina fiziki cəhətdən köhnəlmiş və yaşayış üçün yararsız olduğundan sakinlərin köçürülməsi və ərazinin planlaşdırılması nəzərdə tutulur.
Sonra inşa işlərinə başlanılması üçün zəruri tədbirlərn görülməsi ilə əlaqədar müvafiq qurumlara və məsul şəxslərə tapşırıqlar verilib.