Şriftin ölçüsü :

Saytın rəngi :

171 nömrəli məktəbdə şəhid məzunlara həsr olunmuş guşənin açılışı olub

11 oktyabr 2017 | 11:00

           Xətai rayonunda  Zaur Məmmədov adına 171 nömrəli orta məktəbdə  “Dualı dillərdə yaşar Şəhidlər “ adlı tədbir keçirilib.
        Tədbirdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Adil Əliyev, Xətai rayon İcra Hakimiyyətinin nümayəndəsi Məhəmməd İbrahimov, məktəbin məzunu  olmuş məktəbin adını daşıyan şəhid Zaur Məmmədovun bacısı  Venera Məmmədova, məzun  şəhid İlham Məmmədovun bacısı  Gülarə Məmmədova , məzun  şəhid Akif Məhərrəmovun qardaşı Prezidentin və Silahlı Qüvvələrin Fəxri təqaüdçüsü, 20 yanvar 1990-cı və 1992-ci il Xocalı faciəsinin I qrup Vətən Əlili,  Azərbaycanın  “Milli Qəhrəmanı”  Fəxri adından  rəsmən imtina edən  Respublika Vətənpərvərlər   cəmiyyətinin sədri  Arif Vəli oğlu Məhərrəmov, Şəhid Rəşid Bağırovun oğlu Xəyal Bağırov, aprel şəhidi Müşfiq  Orucovun atası Arif Orucov, aprel şəhidi Mahir Mirzəyevin atası Sabir Mirzəyev, aprel şəhidi Rəşad Niftalıyevin atası Şakir Niftalıyev,  valideyn Mirtərlan Mirişli,  məktəbin  “Narahat Ürəklər” təşkilatının üzvləri, müəllim və şagirdlər iştirak ediblər. 
          Tədbir Dövlət Himninin səslənməsi ilə başlayıb. Sonra məktəbin  şəhid məzunlarına  həsr olunmuş  guşənin  açılış mərasimi olub. Təntənəli açılışdan sonra şəhidlərin ailə üzvləri çıxış edib, gənc nəslə öz tövsiyyələrini veriblər.
           Tədbirin sonunda qonaqlara “ Narahat ürəklər” təşkilatının fəxrı üzvləri  nişanı hədiyyə edilib.

Keçidlər