Şriftin ölçüsü :

Saytın rəngi :

“Beynəlxalq müəllimlər günü” qeyd olundu

05 oktyabr 2013 | 10:00

Hər il olduğu kimi bu il də Xətai Rayonunda rayon ictimaiyyətinin iştirakı ilə bayram şənliyi keçirilmiş və müəllimlərin peşə bayramı təmtəraqla qeyd olnmuşdur.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmişlər. Buradaca qeyd olundu ki, müəllim zəhmətini daim yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyevin özü, sözün əsl mənasında, böyük müəllim idi.
Daha sonra tədbir rayon ərazisində yerləşən geniş sarayların birində davam etdirilmişdir.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Zaməddin Əkbərov əldə olunan nətcələrdən söz açaraq bildirdi ki, son bir neçə ildə rayonumuz təhsil sahəsində böyük nailiyyətlərə imza atmışdır. Ötən tədris ili də istisna olmamışdır. Belə ki, 2012-2013-cü tədris ilində Xətai rayonunda  fəaliyyət göstərən 38 məktəbdə 39583 şagird təhsil almış, onlardan 2293 nəfəri ali məktəblərə qəbul üçün  sənəd vermiş və 1536 (66.98%) nəfəri müvəffəq nəticə  göstərərək  ali məktəblərə  qəbul olmuşdur. Ali məktəblərə qəbul olanların 211 nəfəri 500-600, 66 nəfər 600-650, 28 nəfər 650-700  bala  qədər toplamışdır.   Xətai rayonu üzrə Ali məktəblərə qəbul  66.98 % olduğu halda şəhər üzrə bu rəqəm 56.64%-dir. Rayon üzrə ən yüksək bal (700) 98 N-li tam orta məktəbin məzunu Müslümov Osman Hüseyn oğlu toplayaraq Azərbaycan Tibb Universitetinə daxil olmuşdur.Bütün bunlar, heç şübhəsiz, rayonumuzun müəllim adını daim yüksək tutan 38 orta ümumtəhsil məktəbinin 4000 yuxarı pedaqoji kollektivinin gərgin və fədakar əməyinin nəticəsidir. Müəllim əməyi, sözün əsl mənasında, Vətənimizin gələcək inkişafına yönələn yüksək xidmətin bir nümunəsidir. Cəfakeş, fədakar müəllimlərimizin elmimizin, mədəniyyətimizin, iqtisadiyyatımızın, incəsənətimizin inkişafındakı rolu dövlətimiz, ölkə rəhbərimiz tərəfindən daim yüksək qiymətləndirilib və biz də yerlərdə bunu davam etdirməyi özümüzün ümdə vəzifələrimizdən biri saymışıq.
Natiq daha sonra qeyd etdi ki, hörmətli Prezidentimizin sərəncamları ilə 2012-2013-cü tədris ilində rayonumuzun 5 məktəbi "İlin ən yaxşı məktəbi", 6 müəllimi "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibi olmuş, 5 məzunumuz Prezident təqaüdünə, 5 müəllimimiz isə "Əməkdar müəllim” fəxri adına layiq görülmüşlər. Natiq son illər Xətai rayonunda aparılan məktəb tikintisi və əsaslı təmiri barədə də ətraflı məlumat vermişdir.
Tədbirin sonunda Xətai Rayon İcra Hakimiyyəti adından əməkdə fərqlənmiş və yüksək nəticələr əldə etmiş məktəblərin müəllimlərinə qiymətli hədiyyələr və fəxri fərmanlar təqdim olundu.

Keçidlər