RAYON İCRA HAKİMİYYƏTİNDƏ VƏTƏNDAŞLARIN QƏBULU KEÇİRİLMİŞDİR
16 oktyabr 2017-ci il tarixdə rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu keçirilib. Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, başçının Sahə İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, Mənzil Kommunal Təsərrüfat Birliyinin, Mənzil İstismar Sahələrinin məsul işçiləri, rayon xidmət sahələrinin rəhbərləri iştirak edib.
Qəbulda ümumilikdə 18 vətəndaş iştirak etmişdir. Müraciət edənlərdən Lamiyə Həsənəliyeva, Adıgözəl Vəliyev, Ramiz İsmayılov, Sitarə Aslanova, Aygün Kərimova, Rəna Bağırova, Səxavət Məmmədova və digər vətəndaşlar tərəfindən əsasən, sosial və kommunal məsələlər, həmçinin, “Ağ şəhər” layihəsi çərçivəsində sökülən evlərə görə kompensasiyaların ödənilməsi ilə bağlı müraciətlər dinlənilmişdir.
Həmçinin, dəfələrlə rayon İcra Hakimiyyəti başçısının qəbulunda olan, rayon İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində lazımi köməklik və maddi yardım olunmuş rayon sakini Səmədova Qönçə Hacağa qızı növbəti dəfə rayon İcra Hakimiyyətinin başçısı tərəfindən qəbul edilmişdir. Vətəndaşın müraciəti diqqətlə dinlənilmiş, və ona qaldırdığı məsələ ilə bağlı qanunvericiliyin tələbləri izah olunmuş, müvafiq izahat verilmişdir.
Sakinlərə müraciətləri ilə bağlı müvafiq məlumatlar verilmiş, rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov və görüşdə iştirak edən rəsmi şəxslər sakinləri maraqlandıran sualları cavablandırmış, onları narahat edən məsələlərə aydınlıq gətirmişlər.
Sakinlər onlara verilən cavablardan və izahatlardan razı qaldıqlarını bildirmiş, göstərilən qayğıya görə minnətdarlıq etmişlər.