Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycanın xarici siyasətində yeni mərhələ: Avropa İttifaqı ilə əlaqələrin genişləndirilməsi” mövzusunda tədbir keçirilmişdir

13 oktyabr 2017 | 11:00

   12 oktyabr 2017-ci il tarixdə Xətai rayonu, 249 saylı tam orta məktəbdə  “Azərbaycanın xarici siyasətində yeni mərhələ: Avropa İttifaqı ilə əlaqələrin genişləndirilməsi” mövzusunda rayon ictimaiyyəti nümayəndələrinin, müəssisə və təşkilatların, ictimai birliklərin,     Xətai və Əhmədli bələdiyyə üzvlərinin iştirakı ilə tədbir keçirilmişdir.
  Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Məhəmməd İbrahimov,    3 saylı sahə inzibati ərazi dairə üzrə nümayəndənin  müavini Oqtay Mustafayev və 249 saylı tam orta məktəbin direktoru Nizami Bayramov çıxışlarında ölkə başçısı cənab İlham Əliyevin daxili siyasəti ilə yanaşı, uğurlu xarici siyasətindən, ölkəmizin dünya siyasətində rolundan və dünya iqtisadiyatına inteqrasiyasından söz açdılar. Bildirdilər ki, İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtidarının bugünki doğru siyasəti dünyada  ölkəmizin nüfuzunu günbəgün artırır, öz yeri və xüsusi çəkisi olan bir dövlətə çevirir. Bu gün artıq sosial-iqtisadi uğurlara imza atan ölkəmiz dünya iqtisadiyatına inteqrasiya edərək sərmayə alan ölkədən sərmayə qoyan ölkəyə çevrilmişdir.  

   

Keçidlər