Xətai rayonda “18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür” mövzusunda silsilə tədbirlər davam edir
18 oktyabr 2016-cı il tarixdə Xətai rayonundakı bir sıra ümumtəhsil məktəblərində silsilə tədbirlər keçirildi. Rayonun 17, 24, 25, 27, 55, 56, 59, 116, 264, 265 saylı tam orta məktəblərində və Heydər Əliyev adına liseydə Dövlət Sərhəd Aademiyasında tədbirlərdə çıxış edən müəllimlər, ziyalılar xalqımızın tarix boyu mübariz, azadlıq uğrunda fədakarcasına vuruşduğunu bildirdilər. Qeyd etdilər ki, Azərbaycanın bugünki müstəqilliyi 1991-ci ilin 18 oktyabr tarixinində əzmkarlıq bahasına başa gəlmişdir.
Gənc müstəqil respublikamız ilk illərdə dərin siyasi və iqtisadi böhranla üzləşdi, erməni işğalı, daxili separatizm dövlət müstəqilliyini təhlükə altına aldı. Belə ağır məqamda xalq müdrik rəhbəri Heydər Əliyevin simasında xilaskarını tapdı. Məhz Ulu Öndərin hakimiyyətə qayıdışı ilə Azərbaycan müstəqil dövlətçiliyini qoruya bildi, onun şəxsində dünyanın Azərbaycana inamı və etimadı yarandı.
Ümummilli liderin rəhbərliyi ilə davamlı ictimai siyasi sabitlik əldə edildi, ölkədə hüquqi və demokratik dövlət quruculuğuna başlanıldı. Qısa müddətdə dünyanın heç bir ölkəsinin nail ola bilmədiyi uğurlar qazanıldı və Azərbaycan sivil dünyaya inteqrasiya etdi. Ulu öndər Heydər Əliyevin Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə yönəlmiş müdrik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan gündən-günə daha da güclənir, qüdrətlənir.