Şriftin ölçüsü :

Saytın rəngi :

İslam dünyasının ən müqəddəs bayramı - Qurban”

16 oktyabr 2013 | 10:00

İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. İnsanlarıhalallığa, paklığa səsləyən Qurban bayramının çox maraqlı tarixi və şərtləri var.Qurban Bayram münasibəti ilə Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən bir sıra müəssisə və təşkilatların, iş adamlarının və rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına 270 baş xırdabuynuzlu, 2 baş iribuynuzlu qurbanlıqlar alınmış və bu qurbanlıqlar rayonun Qarabağ müharibəsi əlilləri və şəhid ailələri İctimai Birliyinin üzvlərinə, Böyük Vətən Müharibəsi Veteranlarına, Çernobol və Əfqanıstan Əlilləri İttifaqının üzvlərinə, Gözdən Əlillər Cəmiyyətinə, 20 Yanvar Cəmiyyətinin və bir sıra QHT rayon şöbələrinə eləcə də rayon ərazisində fəaliyyət göstərən islah əmək müəssisələri və hərbi hissələrə də paylanılmışdır.Dərin tarixə malik olan və hər il dünya müsəlmanları tərəfindən qeyd edilən, özü ilə hamıya saflıq, təmizlik gətirən bu bayramda Xətai Rayon İcra Hakimiyyəti tərəfindən 15-16 oktyabr 2013-c2 il tarixlərdə aztəminatlı ailələrə, digər sosial kateqoriyalara malik insanlara, ümumilikdə 4000 nəfərə qurban payı paylanaraq əhalinin bayram sevincinə şərik olmuşdur

Keçidlər