Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində kənd təsərrüfatı mallarının satış və Xətai Ticarət Mərkəzində bal yarmakası davam edir

20 oktyabr 2017 | 11:00

  Əhalinin kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədi ilə  Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, Bakı kinoteatrının yaxınlığında kənd təssərrüfatı yarmarkası və Nobel prospekti   23, ünvanda (“A.M.A.Y Holdinq” MMC-nin ticarət mərkəzində) arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası davam edir.
  Kənd Təsərrüfatı Məhsullarının satışı Yarmarkasına Balakən, Qəbələ, Qax, Daşkəsən, Quba, Şəmkir rayonlarından gətirilən     məhsullarla yanaşı yarmarkada müxtəlif firma və məhdud məsuliyyətli cəmiyyətlərin istehsal etdikləri məhsulların da ucuz qiymətə satışı təşkil olunmuşdur. Belə  ki, yarmarkada satışa çıxarılan məhsulların  qiymətləri bazardakı qiymətlərdən nəzərə çarpacaq qədər aşağıdır. Bütün məhsulların sanitar-gigiyenik vəziyyəti Kənd Təsərrüfatı Nazirliyi yayında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən diqqətlə yoxlanılır.
   Sentyabr ayının 30-dək davam edəcək Bal yarmarkasına isə Lənkəran, Kəlbəcər-Laçın və Yuxarı Qarabağ, Gəncə-Qazax, Şəki-Zaqatala ,Quba-Xaçmaz və Abşeron, Naxçıvan Dağlıq Şirvan iqtisadi rayonlarından gətirilmiş müxtəlif çeşidli məhsullar satılır. Yarmarkaya yalniz qeyd olunan müddətdə anbara təhvil verilmiş və Respublika Baytarlıq Laboratoriyasında müayinə olunmuş məhsullar satışa çıxarılıb.
   Hər iki yarmarkada  səliqə-sahman, fermerlərə, arıçılara və digər sahibkarlara, eyni zamanda, buraya bazarlıq etməyə gələn paytaxt sakinlərinə əlverişli şəraitin yaradılması diqqət mərkəzində saxlanılır. Kənd təsərrüfatı məhsullarının bir cərgə boyu yerləşdirilərək sakinlərin rahatlığı təmin edilmişdir. Yarmarkaların yüksək səviyyədə keçirilməsi üçün bütün şərait yaradılmış, giriş və çıxışlarda nəzarət tərəziləri qoyulmuş, lövhələrdə qiymətlərin bazardakılarla müqayisəsi göstərilmiş və sair zəruri tədbirlər görülmüşdür.

 

Keçidlər