Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda növbəti iməcilik təşkil olunub

28 oktyabr 2017 | 11:00

  Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkədə ekoloji durumun daha da yaxşılaşdırılması, ekoloji tarazlığın qorunması istiqamətində görülən işlər Xətai  rayonunda da davamlı xarakter alıb.
   Rayon ərazisində ağac əkməklə ekoloji balansın bərpasına, təbii mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltmək rayon İcra Hakimiyyəti başçısı Razim Məmmədovun daim diqqət mərkəzindədir.
   Bu məqsədlə keçirilən növbəti iməcilik rayonun  Nobel prospektində, Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrində təşkil olunub.
  Yüksək fəallıq və xoş əhval-ruhiyyə ilə keçən iməcilikdə ərazilər məişət tullantılarından təmizlənib, mövcud yaşıllıqlar sulanıb, Ümumilikdə 400 nəfərin iştirak etdiyi iməcilikdə 1500 ədəddən artıq eldar şamı, evonumus, leylandi ağacı və xrizantema  güllərinin müxtılif növləri əkilib. Nobel prospekti boyunca reklam banerləri yenilənmiş, əkilmiş kolların dibləri səki boyunca dekorativ çınqıl daşlarla örtülmüşdür. 

 

Keçidlər