Şriftin ölçüsü :

Saytın rəngi :

Yaponiyalı iş adamları Xətai rayonundakı “Yapon bağı”nda olublar

30 oktyabr 2017 | 11:00

   Yapon Məhsulları Sərgisində (“Japan Expo-2017”) iştirak etmək üçün Azərbaycanda səfərdə olan yapon iş adamları oktyabrın 29-da Xətai rayonundakı Heydər Əliyev Parkı ərazisində salınmış “Yapon bağı”nda olublar.

    Əvvəlcə Ulu Öndər Heydər Əliyevin park ərazisində ucaldılmış abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub.
    Sonra parkı ziyarət edən qonaqlara məlumat verilib ki, Heydər Əliyevin adını daşıyan bu park 2000-ci ildə salınıb və parkın açaılış mərasimində Ulu Öndər özü şəxsən iştirak edib, burada ağac əkib. 2007-ci ildə isə park  əsaslı şəkildə yenidən qurulub, burada Ulu Öndərin heykəli ucaldılıb, musiqili fəvvarə, monitor quraşdırılıb. Dünyanın müxtəlif ölkələrindən gətirilmiş ağaclar, kollar əkilib.    
     Yapon bağı”nın tikintisinə isə 2015-ci ilin fevral ayından başlanılıb və işlər iyul ayında başa çatıb. Yaponiyanın "KOSUQİ-ZOHEN" şirkəti tərəfindən salınan bağda qədim yapon mədəniyyətini əks etdirən atributlar var. Həmçinin Azərbaycanın müxtəlif yerlərindən, xüsusən də Xızı dağlarından gətirilmiş təbii qaya və çay daşlarından “Şəlalə” kompleksi qurulub. Bağın tikintisində Yaponiyadan 11 nəfər mütəxəssis iştirak edib. Bu bağ Bakı sakinlərinin yapon mədəniyyəti ilə tanış olması baxımından çox əhəmiyyətlidir. Artıq iki ildir ki, Heydər Əliyev parkı kimi bu bağ da həm Bakı sakinlərinin, həm də paytaxtımızın qonaqlarının sevimli yerinə çevrilib.
     Qonaqlar da parkın və bağın gözəlliindən çox məmnun qaldıqlarını bildiriblər. Nümayandə heyətinin rəhbəri, sərginin təşkilatçısı, iş adamı İşida Kazayusu bildirib ki, artıq iyirmi beşinci dəfədir ki, Azərbaycana gəlir. Azərbaycan və onun insanları onun üçün çox doğmadır. Ona görə də bundan sonra da Azərbaycan-Yaponiya dostluq əlaqələrinin daha da dərinləşməsi üçün əlindən gələni əsirgəməyəcək.

Keçidlər