Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Parkında “Bayrağımız qürurumuzdur!” adlı asfalt üzərində rəsm aksiyası keçiriləcək

04 noyabr 2017 | 11:00

   Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının, Xətai Rayon İcra Hakimiyyətinin və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə 8 noyabr 2017-ci il tarixdə saat 09:30-da Xətai Rayonu Heydər Əliyev Parkında (Ukrayna dairəsi) “Bayrağımız qürurumuzdur!”  adlı asfalt üzərində rəsm aksiyası və gənc rəssamların pleneri keçiriləcəkdir.
   Tədbir Azərbaycan Dövlət Bayrağına sevgi və ehtiram hisslərinin tərənnüm olunması, bayrağımızın milli qürur mənbəyi kimi tanıdılması, insanlarda, xüsusən gənc nəslin nümayəndələri, eləcə də, yaradıcı ziyalılar arasında üçrəngli Azərbaycan bayrağına sədaqət kimi milli vətənpərvərlik duyğularının aşılanması məqsədi ilə həyata keçirilir.
   Azərbaycan Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökümətinin qərarı ilə qəbul edilib. Üçrəngli bayrağımız 2-ci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli 595 nömrəli Sərəncamına əsasən 9 noyabr Azərbaycanda hər il Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Keçidlər