Xətai rayonunda 9 Noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibətilə bədii qiraət müsabiqəsi keçirilmişdir
Xətai rayonu 257 nömrəli tam orta məktəbdə 9 Noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibətilə Xətai rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Mənim bayrağım” mövzusunda bədii qiraət müsabiqəsi keçirilmişdir.
3 yaş qrupu üzrə keçirilən müsabiqənin nəticələrinə görə 7-10 yaş qrupu üzrə 269 nömrəli tam orta məktəbin şagirdi Sultanova Zəhra I yer, 64 nömrəli tam orta məktəbin şagirdi Vəlixanlı Nazlı II yer, 48 nömrəli tam orta məktəbin şagirdi Quluzadə Canpolad III yer, 11-14 yaş qrupu üzrə 204 nömrəli tam orta məktəbin şagirdi Məmmədli Mədinə I yer, 138 nömrəli tam orta məktəbin şagirdi Bayramlı Rəşxəndə II yer, 98 nömrəli tam orta məktəbin şagirdi Hacızadə Rəna III yer, 15 -17 yaş qrupu üzrə 191 № li tam orta məktəbin şagirdi Kənanbəhri Hüseyn I yer, 287 nömrəli “Zəkalar” liseyinin şagirdi Rzazadə Əbülfəz II yer, 116 nömrəli tam orta məktəbin şagirdi Rzayeva Xanım və 257 nömrəli tam orta məktəbin şagirdi Babayeva Arzu III yer tutmuşlar.
Qaliblər Xətai rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomla mükafatlandırılmışlar.
Qeyd edək ki, müsabiqənin rayon mərhələsində 1, 2 və 3-cü yerləri tutmuş şagirdlər Bakı şəhər mərhələsində iştirak etmək hüququ qazanmışlar.