Şriftin ölçüsü :

Saytın rəngi :

9 saylı Uşaq Poliklinikasında “Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi” nə həsr olunmuş məlumat saatı keçirilmişdir

04 noyabr 2017 | 11:00

   Xətai rayonunda 9 saylı Uşaq Poliklinikasının akt zalında “ Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi” mövzusunda rayon ictimaiyyəti nümayəndələrinin, müəssisə və təşkilatların, ictimai birliklərin,     Xətai və Əhmədli bələdiyyə üzvlərinin iştirakı ilə tədbir keçirilmişdir.
   Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin  müdiri Pənah İmanov Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti barədə geniş məruzə ilə çıxış edərək bildirdi ki, bu uğurlu siyasətin bir nümunəsi də on il bundan əvvəl təməli qoyulmuş Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin yaradılnasının başa çatmasıdır. Bu xətt Asiya ilə Avropanı birləşdirəcək. Cənab Prezidentin də qeyd etdiyi kimi “Bakı-Tbilisi-Qars dəmir yolu tarixi layihədir, strateji əhəmiyyətli layihədir. Bu yolun uzunluğu təxminən 850 kilometrdir, onun da 504 kilometri Azərbaycan ərazisindən keçir. Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur".
   Digər çıxış edənlər  YAP Xətai rayon təşkilatı İdarə Heyətinin üzvü Aida Hüseynova, İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin  müdir müavini Məhəmməd İbrahimov, 1 nömrəliı sahə inzibati ərazi dairə üzrə nümayəndənin  müavini Şahin Ağayev və başqaları çıxışlarında ölkə başçısı cənab İlham Əliyevin daxili siyasəti ilə yanaşı, uğurlu xarici siyasətindən, ölkəmizin dünya siyasətində rolundan və dünya iqtisadiyatına inteqrasiyasından söz açdılar. Bildirdilər ki, digər layihələr kimi bu layihə də ölkəmizin nüfuzunu dünyada bir daha artıracaq.
Sonra suallara cavab verildi.  

Keçidlər