Heydər Əliyev liseyində “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilmişdir
04 noyabr 2017 | 11:00
Xətai rayonunda “Uşaq hüquqları aylığı çərçivəsində” Heydər Əliyev adına liseydə “Uşaq hüquqlarının qorunması” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə məktəbin müəllimləri tərəfindən “İnsan hüquqlarına hörmət haradan başlayır?”, “Uşaq hüquqlarının qorunmasında məsuliyyət kimin üzərinə düşür?”, “XXI əsrdə uşaqların hüquqları pozulurmu?”, “Uşaq hüquqlarının qorunması ilə bağlı Heydər Əliyev Fondunun nə kimi xidmətləri olmuşdur?” mövzuları ətrafında şagirdlərlə geniş müzakirələr aparılmışdır.