Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni park uşaqlara bol sevinc bəxş etdi

22 oktyabr 2013 | 10:00

21 oktyabr 2013-cü il tarixdə rayonunun  Rahib Məmmədov küçəsində salınan yeni əyləncə və istirahət parkında fidan balaların iştirakı ilə rayon icra hakimiyyəti tərəfindən tədbir keçirilmişdir. Tədbirdə məktəbəqədər uşaq tədris müəssisələrinin və 3 saylı uşaq evinin sakinləri iştirak etmişlər.

Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini Zaməddin Əkbərov sakinləri təbrik edərək bildirmişdir ki, haqlı olaraq son zamanlar Xətai rayonunda həyata keçirilən nəhəng infrastruktur layihələri paytaxtımızda gedən inkişafın ən bariz göstəricilərindən sayırlar. Bu layihələr sırasında müasir park və xiyabanların, istirahət mərkəzlərinin salınması xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır. Çünki dövlətimiz vətəndaşlarımızın rifahını, onların asudə vaxtlarının səmərəli keçməsini hər zaman diqqət mərkəzində saxlayaraq bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.

Təbii ki, bu qəbildən olan yeni obyektlərin tikintisi zamanı xalqımızın gələcəyi olan uşaqlar da diqqətdən kənarda qalmır. Hazırda rayon ərazisində fəaliyyətə başlayan bır çox yeni parklar, əyləncə və istirahət mərkəzləri birbaşa onlar üçün nəzərdə tutulub. Belə parklardan biri də oktyabrın 18-də respublika Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilən rayonun Rahib Məmmədov küçəsindəki bu Uşaq və gənclər parkıdır.

Natiq həmçinin uşaqların sosial vəziyyətinin yaxşılaşdırılması, onların problemlərinin həlli istiqamətində görülən işlərdən danışdı. Qeyd olundu ki, bu istiqamətdə dövlətin həyata keçirdiyi siyasətlə yanaşı, Heydər Əliyev Fondunun gördüyü işlər də danılmazdır və xalq tərəfindən böyük rəğbətlə qarşılanır.

Tədbirdə vurğulandı ki, paytaxt Bakıda uşaqlar üçün nəzərdə tutulan parklar içərisində ən böyük və anoloqu olmayan bu “Uşaq və gənclər” parkı artıq Xətainin körpə sakinlərinin ixtiyarına verilib. Tədbir uşaqların çıxışları ilə davam etdirildi

Parka axın edən uşaqlar labirint əyləncə sahəsindən, müxtəlif atraksionlardan və sürüşkənlərdən əylənməklə, sözün əsl mənasında, uşaqlığın dadını çıxarırdılar. Klounların parka gəlməsi isə balacaların bu dəfəki istirahətinə yeni bir rəng qataraq, onu daha maraqlı və yaddaqalan etdi. Uşaq bağçalarının və körpələr evinin sakinlərini ən çox sevindirən isə parkda bir çox əyləncə növlərinin bir arada təqdim olunması idi.

Keçidlər