Xətai rayonunda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlər davam edir
6 oktyabr 2017-ci il tarixdə “Uşaq hüquqları aylığı” münasibətilə Xətai rayonunun körpələr evi-uşaq bağçalarında tədbirlər keçirilib.
Tədbirlərdə günün mahiyyətindən ətraflı bəhs edilərək, Uşaq Hüquqları Aylığı, bu aylıq çərçivəsində müvafiq qurumlar tərəfindən silsilə maarifləndirmə tədbirlərinin təşkil olunduğu haqqında məlumatlar verilmiş, BMT-nin Uşaq Hüquqları Konvensiyası və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu, uşaq hüquqlarının, o cümlədən, uşaqların sağlamlıq hüquqlarının müdafiəsi və təbliği sahəsində Ombudsman tərəfindən həyata keçirilən çoxşaxəli fəaliyyət, Müvəkkilin uşaq hüquqları üzrə fəaliyyət göstərən 916 nömrəli qaynar xətt xidməti, həmçinin, uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi haqqında bilgiləri diqqətə çatdırılmışdır.
Tədbirlər çərçivəsində bağçaların azyaşlı sakinləri tərəfindən günün mahiyyətini özündə əks etdirən bir-birindən maraqlı, rəngarəng səhnəciklər, şeirlər, musiqilər nümayiş etdirilmişdir.