Şriftin ölçüsü :

Saytın rəngi :

24 nömrəli məktəbdə "Şəhadət" filminin nümayişi olub

10 noyabr 2017 | 11:00

   Xətai Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Xətai rayonundakı 24 nömrəli tam orta məktəbdə Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş olunub.
   Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Pərvanə Abbasova təhsil müəssisələrində keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb.
   Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov və DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin məsləhətçisi Vasif Musayev bildiriblər ki, “Şəhadət” filminin hazırlanmasında məqsəd gənclərin, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə verməkdir. Natiqlər Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsinin yad edildiyi, həmçinin,  dini fanatizm və radikalizmin təsirinə məruz qalmış, xarici ölkələrdəki ekstremist-terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən də bəhs olunan filmin maarifləndirmə işinin aparılmasında önəmli yeri olduğunu diqqətə çatdırıblar.
    Filmin nümayişindən sonra şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Keçidlər