Xətai rayonunda növbəti iməcilik təşkil olunub
Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkədə ekoloji durumun daha da yaxşılaşdırılması, ekoloji tarazlığın qorunması istiqamətində görülən işlər Xətai rayonunda da davamlı xarakter alıb.
Rayon ərazisində yaşıllıqların salınması ilə ekoloji balansın bərpasına, təbii mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltmək rayon İcra Hakimiyyəti başçısı Razim Məmmədovun daim diqqət mərkəzindədir.
Bu məqsədlə keçirilən növbəti iməcilik rayonun Xocalı prospektində, Nəcəfqulu Rəfiyev və Süleyman Vəzirov küçələrində təşkil olunub.
Yüksək fəallıq və xoş əhval-ruhiyyə ilə keçən iməcilikdə ərazilər məişət tullantılarından təmizlənib, ağacların dibi bellənib, müxtəlif gül kolları əkilib.