Şriftin ölçüsü :

Saytın rəngi :

17 noyabr “Milli Dirçəliş Günü” münasibətilə Basketbol idman növü üzrə yarış keçirilmişdir

16 noyabr 2017 | 11:00

   16 noyabr 2017-ci il tarixdə  269 nömrəli tam orta məktəbdə rayon orta ümumtəhsil məktəblərinin IV sinif şagirdləri arasında 17 noyabr “Milli Dirçəliş Günü” münasibətilə Basketbol idman növü üzrə yarış keçirilmişdir.
   Yarışın yekun nəticələrinə görə 204 nömrəli tam orta məktəbin komandası I yeri, 269 nömrəli tam orta məktəbin komandası II yeri, 17 nömrəli tam orta məktəbin komandası isə III yeri tutmuşdur.
   Mükafatlandırma mərasimində Xətai rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Tural Əhmədli iştirak etmişdir.
   Qaliblər Xətai rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomla mükafatlandırılmışlar.

Keçidlər