Xətai rayonunda növbəti iməcilik təşkil olunub
Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkədə ekoloji durumun daha da yaxşılaşdırılması, ekoloji tarazlığın qorunması istiqamətində görülən işlər Xətai rayonunda da davamlı xarakter alıb.
Rayon ərazisində ağac əkməklə ekoloji balansın bərpasına, təbii mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltmək rayon İcra Hakimiyyəti başçısı Razim Məmmədovun daim diqqət mərkəzindədir.
Bu məqsədlə keçirilən növbəti iməcilik rayonun Xudu Məmmədov küçəsi 29, İnqilab İsmayılov küçəsi 3-5, Telnov küçəsi 8, General Mehmandarov küçəsi 50, Nəsrəddin Tusi küçəsi 19, Zığ yolu küçəsi 7d ünvanlarında təşkil olunub.
Yüksək fəallıq və xoş əhval-ruhiyyə ilə keçən iməcilikdə ərazilər məişət tullantılarından təmizlənib, müxtəlif növ ağaclar əkilib.