17 noyabr “Milli Dirçəliş Günü” münasibətilə basketbol idman növü üzrə yarış keçirilmişdir
21 noyabr 2017 | 11:00
17 noyabr 2017-ci il tarixdə 269 nömrəli məktəbdə rayon orta ümumtəhsil məktəblərinin V-VI sinif şagirdləri arasında “Milli Dirçəliş Günü” münasibətilə Basketbol idman növü üzrə yarış keçirilmişdir.
Yarışın yekun nəticələrinə görə 269 nömrəli tam orta məktəbin komandası I yeri, 204 nömrəli tam orta məktəbin komandası II yeri, 264 nömrəli tam orta məktəbin komandası isə III yeri tutmuşdur.
Qaliblər Xətai rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomla mükafatlandırılmışlar.