Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda 22 noyabr- ədliyyə işçilərinin peşə bayramı günü ilə əlaqədar tədbir keçirilib

21 noyabr 2017 | 11:00

  21 noyabr 2017-ci il tarixdə Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının inzibati binasında rayon İcra Hakimiyyətinin və Xətai rayon Qeydiyyat şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayon ictimaiyyəti nümayəndələri, müəssisə və təşkilatlardan, ictimai birliklərindən nümayəndələr, Xətai və Əhmədli bələdiyyə üzvləri və Ədliyyə Nazirliyinin nümayəndələri iştirak edirdilər.

   Tədbirdə çıxış edənlər, rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat  baş idarəsinin baş məsləhətçisi Firuzə Nəbiyeva, Xətai rayon Qeydiyyat şöbəsinin müdiri Leyla Süleymanova, Xətai rayon məhkəməsinin hakimi İlahə Abbasova və başqaları çıxışlarında 22 noyabr-ədliyyə işçilərinin peşə bayramı münasibətilə təbrik edərək onlara xidməti fəaliyyətlərində uğurlar arzuladılar.

   Ölkəmizdə ədliyyə  orqanlarının  fəaliyyəti  və  rolu barədə danışan natiqlər qeyd etdilər ki, bu bayram Ümummilli lider Heydər Əliyevin  2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə təsis olunmuşdur. Bu gün ölkəmizdə dövlət idarəçiliyinin həyata keçirilməsində, qanunçuluğun, insan hüquq və azadlıqlarının təmin olunmasında mühüm rol oynayan Azərbaycan ədliyyəsinin şanlı bir tarixi vardır. Azərbaycan Respublikasının Ədliyyə sisteminin inkişafı və təkmilləşdirilməsi daim dövlət başçımız cənab İlham Əliyevin diqqət mərkəzindədir.
   Sonda  ədliyyə  işçilərinə rayon İcra Hakimiyətinin fəxri fərmanı təqdim olundu.
 

Keçidlər