“Diplomatiyanın təntənəsi və dinamik sosial-itisadi inkişaf” mövzusunda məlumat saatı keçirilmişdir
23 noyabr 2017-ci il tarixdə Xətai rayonunda 86 saylı tam orta məktəbdə “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xarici və daxili siyasəti: diplomatiyanın təntənəsi və dinamik sosial-itisadi inkişaf” mövzusunda tədbir keçirilmişdir.
Rayonun müəssisə və təşkilatların, ictimai birliklərin, Xətai və Əhmədli bələdiyyə üzvlərinin, ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov Azərbbaycan Respublikasının Prezidenti İlham Əliyevin daxili və xarici siyasəti, bu siyasət sayəsində ölkəmizin artan beynəlxalq nüfuzu, ölkənin davamlı sosial-iqtisadi inkişafı barədə danışaraq bildirmişdir ki, məhz bu doğru-düzgün siyasət nəticəsində dünyada baş verən hadisələr, münaqişələr fonunda ölkəmizdə stabil sosial-siyasi durum davam edir, insanların rifah halının yaxşılaşdırılması, təhsil, səhiyyə, mədəniyyət sahəsində aparılan islahatlar Azərbaycanın davamlı inkişafını təmin edir. Memarı Ulu Öndərimiz Heydər Əliyev olan Müstəqil Azərbaycanımız regionun lider dövləti olmaqla yanaşı dünyada xüsusi çəkiyə malik olan bir ölkəyə çevrilmişdir. Birinci vitse - prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə təhsil, səhiyyə və mədəniyyət sahəsində həyata keçirilən layihələr ölkəmizlə yanaşı dünya mədəniyyətinə də töhfələr verir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallara cavab verilmişdir.