Şriftin ölçüsü :

Saytın rəngi :

Məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması işləri davam edir

24 noyabr 2017 | 11:00

   Qəzalı vəziyyətdə olan binalarda məskunlaşan məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması" layihəsi çərçivəsində görülən işlər davam edir. 24.11.2017-ci il tarixdə Xətai rayon İcra Hakimiyyətində mənzillərin paylanılması üçün növbəti püşkatma keçirilib. Gəncə prospektində 20 a ünvanında qəzalı binanın həyətində məskunlaşan məcburi köçkün ailələri Xətai rayonu, Telnov küçəsində yeni inşa olunmuş çoxmənzilli yaşayış binasına köçürüləcəklər. Tədbirdə rayon İcra Hakimiyyətinin məsul işçiləri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin idarə rəisi Elman İsmayılov və 15 məcburi köçkün ailəsi   iştirak etmişdir.
   Tədbirdə ıxış edən rayon İcra Hakimiyyətinin şöbə müdiri Etibar Əhmədov yurd-yuvalarından didərgin düşən bir milyondan çox qaçqın və məcburi köçkünün problemlərinin həlli, onların yaşayış şəraitinin yaxşılaşdırılması, iş, təhsil, tibb və digər xidmətlərlə təmin edilməsi istiqamətində görülən işlərdən danışdı. Diqqətə çatdırıldı ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu humanist siyasət hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Vurğulandı ki, Mehriban Əliyevanın Birinci vitse-prezident kimi ilk müşavirəsini qaçqın və məcburi köçkünlərin problemlərinə həsr etməsi, onların bir qisminə Masazır və Mehdiabad qəsəbələrində yeni mənzillərin verilməsi, Qaradağ rayonunun Lökbatan qəsəbəsi yaxınlığında 1026 ailəlik yeni qəsəbənin təməlinin qoyulması və oktyabrın 5-də  Masazır və Ramana qəsəbələrində yeni tikilmiş binaların açılışında iştirakı böyük həssaslıq və humanistlik nümunəsidir.
   Etibar Əhmədov "Qəzalı vəziyyətdə olan binalarda məskunlaşan məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması" layihəsi çərçivəsində rayonda görülən işlər barədə məlumat verdi.
Sonra püşkatma mərasimi keçirildi.   Yeni mənzil alan məcburi köçkünlər bildirdilər ki, qəzalı binalardan yeni inşa olunan və tam təmirli mənzillərə köçürülmə prezident İlham Əliyevin onlara olan qayğısının və dövlətimizin qüdrətinin göstəricisidir.
  Bu dəfəki püşkatmada iştirak edən  15 ailə Xətai rayonu, Telnov küçəsində yeni inşa olunmuş çoxmənzilli yaşayış binasına köçürüləcəklər.

Keçidlər