Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonundakı 55 nömrəli məktəbdə sakinlərlə görüş keçirildi

24 noyabr 2017 | 11:00

    2017-cı il noyabrın 24-də Xətai rayonundakı 55 nömrəli tam orta məktəbdə sakinlər ilə növbəti səyyar görüş keçirildi. Görüşdə   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində görülən işlərdən, sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlərdən danışıldı.
   Daha sonra görüşdə iştirak edən sakinlər çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər.

   Görüşdə sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verildi.

 

Keçidlər