Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunub

25 noyabr 2017 | 11:00

   Xətai rayonunda Məzahir Rüstəmov küçəsində - “Bakı” kinoteatrının yaxınlığında əhalinin kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatının daha dolğun ödəmək, istehlakçıların seçim imkanlarının artırmaq, süni qiymət artımı və möhtəkirliyin qarşısını almaq üçün kənd təsərrüfatı mallarının satış  yarmarkası təşkil olunub.
   Yarmarkaya Balakən, Qəbələ, Qax, Daşkəsən, Quba və Şəmkir rayonlarından gətirilən məhsullarla yanaşı, müxtəlif firma və məhdud məsuliyyətli cəmiyyətlərin istehsal etdikləri məhsulların daha ucuz qiymətə satışı təşkil olunub.
   Yarmarkada satışa çıxarılan məhsulların qiymətləri bazardakı qiymətlərdən xeyli aşağıdır. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin əməkdaşları məhsulların sanitar-gigiyenik vəziyyətini diqqətlə yoxlayırlar.
   Yarmarkada nümunəvi səliqə-sahman, fermerlərə və digər torpaq mülkiyyətçilərinə, eyni zamanda, buraya bazarlıq etməyə gələn paytaxt sakinlərinə əlverişli şəraitin yaradılması diqqəti cəlb edir. Yarmarkanın yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılıb, giriş və çıxışlarda nəzarət tərəziləri qoyulub, lövhələrdə qiymətlərin bazarla müqayisəsi göstərilib.

Keçidlər