RAYON İCRA HAKİMİYYƏTİNDƏ VƏTƏNDAŞLARIN QƏBULU KEÇİRİLMİŞDİR
27 noyabr 2017-ci il tarixdə rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu keçirilib. Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, başçısının müavinləri, aparatın şöbə müdirləri, başçının Sahə İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, Mənzil Kommunal Təsərrüfat Birliyinin, Mənzil İstismar Sahələrinin məsul işçiləri, rayon xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Qəbulda ümumilikdə 21 vətəndaş iştirak etmişdir. Əsasən, sosial və kommunal məsələlər, həmçinin Zığ yolu 20 ünvanda yerləşən inzibati binada məskunlaşmış məcburi köçkünlərin binanın qəzalı olması ilə bağlı köçürülmə və s. müraciətləri dinlənilmişdir.
Sakinlərə müraciətləri ilə bağlı müvafiq məlumatlar verilmiş, görüşdə iştirak edən rəsmi şəxslər sakinləri maraqlandıran sualları cavablandırmış, onları narahat edən məsələlərə aydınlıq gətirmişlər.
Sakinlər onlara verilən cavablardan və izahatlardan razı qaldıqlarını bildirmiş, göstərilən qayğıya görə minnətdarlıq etmişlər.