Xətai rayonunun komandası “Xəmsə” Milli İntellektual Oyunu üzrə V Azərbaycan Çempionatının qalibi olub
29 noyabr 2017 | 11:00
28 noyabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunda Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Gənclərin İntellektual İnkişaf Mərkəzi və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə yeniyetmələr arasında “Xəmsə” Milli İntellektual Oyunu üzrə V Azərbaycan Çempionatının Bakı şəhər birinciliyi keçirilmişdir.
Ümumilikdə 16 komandanın iştirak etdiyi birincilikdə Xətai rayonunu təmsil edən Humanitar Fənlər təmayüllü məktəb-liseyin komandası I yeri, 287 nömrəli "Zəkalar liseyi” nin komandası III yeri tutmuşdur.
Qalib komandalar Qəbələ şəhərində keçiriləcək Respublika birinciliyində iştirak etmək hüququ qazanmışlar.