260 nömrəli məktəbdə “Azərbaycan Respublikası Prezidentinin Belçika səfəri ” mövzusunda məlumat saatı keçirilib
Xətai rayonundakı 260 nömrəli tam orta məktəbdə keçirilən növbəti siyasi icmal Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belçika səfərnə həsr olunmuşdu.
Rayonun idarə və müəssisələrinin, ictimai birliklərin, Xətai və Əhmədli bələdiyyə üzvlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov Azərbbaycan Respublikasının Prezidenti İlham Əliyevin daxili və xarici siyasəti, bu fəaliyyət nəticəsində həm ölkə daxilində, həm də xarici siyasət sahəsində qazanılan nailiyyətlərdən danışdı.
Tədbirdə ölkə başçısının bir neçə gün əvvəl Belçika səfərindən, bu səfər çərçivəsində keçirdiyi görüşlərdən, NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirakından, bu qurumun Baş Katibi Yens Stoltonberqlə mətbuata verdiyivə birgə bəyanatlardan, bu görüşlərin əhəmiyyətindən söhbət açıldı. Bildirildi ki, bütün bunlar ölkəmizin artan beynəlxalq nüfuzunun bariz nümunəsidir.