Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Mənzil Kommunal Təsərrüfatı Birliyində qış mövsümünə keçidlə bağlı mövcud vəziyyət təhlil olunub

02 dekabr 2017 | 11:00

   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa tapşırıq və göstərişlərinə əsasən, ölkənin bütün şəhər və rayonlarında olduğu kimi  Xətai rayonunda da  abadlıq, yenidənqurma,  yeni-yeni parkların, abad həyətlərin salınması, yaşayış binalarının dam örtüklərində, girişlərində, zirzəmilərində əsaslı təmir və  təmizlik  işlərinin aparılması  daha sistemli, planlı və kompleks şəkildə, dövrün tələblərinə uyğun olaraq həyata keçirilir.
    
   02.12.2017-ci il tarixində Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin inzibati binasında keçirilən tədbirdə Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Əvəz İsmayılov, İcra Hakimiyyətinin şöbə müdirləri,  Başçının Sahə İnzibati Ərazi Dairələri  üzrə nümayəndələri, rayon bələdiyyələrinin rəhbərləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, Mənzil Kommunal İstismar Sahələrinin və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
   Müşavirədə qış mövsümünə keçidlə bağlı xidmət sahələrinin rəhbərləri ilə birgə mövcud vəziyyət təhlil olunub, əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi, nöqsan və çatışmazlıqların dərhal aradan qaldırılması istiqamətində müvafiq qərarlar qəbul olunub.
    Müşavirədə həmçinin, rayon ərazisində mərkəzi və məhəllədaxili yolların yenidən qurulması, park, xiyaban, abad həyətlərin inşası, çəmənliklərin salınması, qanunsuz tikililərə qarşı mübarizənin gücləndirilməsi, yaşayış binaların əsaslı təmir işlərinin gedişatı,  təmizlik işləri ilə əlaqədar mütəmadi olaraq iməciliklərin keçirilməsi, məişət tullantılarının ərazilərdən vaxtlı-vaxtında daşınmasına nəzarətin gücləndirilməsi barədə geniş təhlillər aparılıb.

Keçidlər