Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunun 171 saylı tam orta məktəbində Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib

05 dekabr 2017 | 11:00

   5 dekabr 2017-ci ildə Xətai rayonunun 171 saylı tam orta məktəbində Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib. 
   Tədbirdə rayon İcra Hakimiyyətinin Ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məhəmməd İbrahimov, Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev, 9 saylı Uşaq Poliklinikasının baş həkimi Aida Hüseynzadə və bir neçə məktəb direktorları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Zenfira Məsiyeva Ulu öndərin Uşaqlara göstərdiyi qayğı və diqqətindən söz açaraq bildirib ki, Heydər Əliyev hər zaman deyirdi: “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir” 
   Daha sonra rayon İcra Hakimiyyətinin Ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məhəmməd İbrahimov çıxış edərək bildirib ki, müstəqil Azərbaycan dövlətinin qurucusu olan ulu öndər uşaqları sonsuz məhəbbətlə sevirdi və onlara böyük qayğı və diqqət göstərirdi. Azərbaycan körpələrinin sağlamlığı, onların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi böyüməsi ümummilli liderin daim diqqətində olmuşdur. Uzaqgörən siyasi lider olan Heydər Əliyevin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin uşaqların müdafiəsi sahəsində atdığı addımlar, Heydər Əilyev Fondunun gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayacağına və Azərbaycanın taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir.

Keçidlər