Şriftin ölçüsü :

Saytın rəngi :

Əlillər dövlət qayğısı ilə əhatə olunmuşlar

05 dekabr 2013 | 11:00

992-ci il oktyabrın 14-də BMT Baş Məclisi dekabrın 3-nün “Əlilliyi olan insanların Beynəlxalq günü” kimi qeyd olunması haqqında Bəyannamə qəbul etdikdən sonra hər il Beynəlxalq Əlillər Günü Azərbaycanın bütün regionlarında xüsusi qeyd olunur. Məramı dövləti və cəmiyyəti  əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaq olan bu gün Bakının Xətai rayonunda da geniş qeyd olundu.

Yüz əlliyə yaxın bu qəbildən olan rayon sakinini “Afrodita” şadlıq sarayında süfrə başına toplayan  Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri onların hər birini uzun  illərin tanışları kimi səmimi salamladılar. Sonra icra hakimiyyətinın  başçısı Razim Məmmədovun adından saraya toplaşan əlilləri salamlayan başçının birinci müavini Zaməddin Əkbərov  bildirdi ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, hazırda dünya əhalisinin 10 faizi əlilliyi olan şəxslərdir. Azərbaycanda isə bu göstərici əhalinin 4,4 faizini təşkil edir ki, bu da MDB məkanında ən aşağı göstəricilərdən sayılır.

  Bu gün Azərbaycan dövləti çalışır ki, əlillərin də digər insanlar kimi  vətəndaş hüquqlarına tam riayət edilsin və onların cəmiyyətin həyatında fəal iştirakı təmin olunsun. Bununla belə, Azərbaycan rəhbərliyi belə hesab edir ki, əlillər əhalinin başqa təbəqələri ilə müqayisədə daha çox sosial müdafiəyə, mənəvi dəstəyə, humanist münasibətə möhtacdırlar. Bu insanlar hətta maddi cəhətdən təmin olunsalar belə, onlara cəmiyyət tərəfindən isti münasibət göstərilsin, doğmaları ilə bərabər yadlar da onlara qayğı, mərhəmət və diqqət göstərsinlər. Bu sadəcə bir insanlıq borcudur.

Z.Əkbərov son illər Azərbaycan hökümətinin əlillərin hüquqlarının qorunması və sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində gördüyü tədbirləri, qanunvericilik bazasında münasib dəyişiliklər edilməsini, onların pensiyalarının artırılmasını diqqətə çatdıraraq qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin prezidentliyinin ilk illərindən başlayaraq bu gün  Prezidentimiz cənab İlham Əliyevin 11-ci ilə keçən hakimiyyəti dövründə  ölkəmizdə əlillərin sosial müdafiəsinə xüsusi diqqət yetirilir. Bu istiqamətdə bir sıra dövlət əhəmiyyətli proqramlar həyata keçirilir ki, bunun nəticəsində də əlillər mənzil, maşın, əlil arabaları ilə təmin olunur, müxtəlif ölkələrdə dövlət vəsaiti hesabına müalicə və bərpa kursları keçirlər.
Natiq çıxışının sonunda onu da qeyd etdi ki, dövlətin əlil insanlarla bağlı siyasəti Xətai rayonunda da uğurla həyata keçirilir və əlillərin sosial-məişət problemlərinə son dərəcə diqqət və qayğı ilə yanaşılır, problemlər ən qısa zamanda həllini tapır.
Sonra tədbirdə iştirak edən əlillərdən bir neçəsi söz alaraq dövlətin, xüsusilə Prezident İlham Əliyevin onlar göstərdiyi diqqət və qayğıdan razılıqlarını bildirdilər. Başlıcası o idi ki, bu insanlar özlərini yaşadıqları cəmiyyətimizdən kənarda deyil, bu cəmiyyətin tam hüquqlu üzvü hesab edirlər. Beynəlxalq Əlillər gününün əsas qayəsi də elə budur.

Keçidlər