Xətai rayonunda növbəti iməcilik təşkil olunub
Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkədə ekoloji durumun daha da yaxşılaşdırılması, ekoloji tarazlığın qorunması istiqamətində görülən işlər Xətai rayonunda da davamlı xarakter alıb.
Rayon ərazisində ağac əkməklə ekoloji balansın bərpasına, təbii mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltmək rayon İcra Hakimiyyəti başçısı Razim Məmmədovun daim diqqət mərkəzindədir.
Bu məqsədlə keçirilən növbəti iməcilik rayonun Cavanşir küçəsi 6, Nobel prospekti, General Mehmandarov küçəsi, İnqilab İsmayılov küçəsi 3, 5, Məzahir Rüstəmov küçəsi 9 ünvanlarında təşkil olunub.
Yüksək fəallıq şəraitində keçən iməcilikdə ümumilikdə 150-dən artıq adam iştirak edib, ərazilər məişət tullantılarından təmizlənib, müxtəlif növ 200 ədəd ağac əkilib.