Xətai rayon məktəblərində Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbirlər davam edir
Xətai rayonunda orta ümumtəhsil məktəblərində ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər davam etdirilir. Tədbirlər çərçivəsində rayon məktəbliləri tərəfindən Ulu Öndərin məzarı ziyarət edilib, Heydər Əliyev Muzeyinə ekskursiyalar təşkil olunub.
Bu münasibətlə keçirilən tədbirlərdə Ulu Öndərin xatirəsi ehtiramla yad edilib.
Şagirdlər böyük şəxsiyyətin həyatı və onun Azərbaycanımız naminə, ölkəmizin inkişafı yolunda gördüyü saysız-hesabsız işlər barədə məlumat veriblər.
Müəllimlər çıxış edərək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, ümummilli lider Heydər Əliyevin hələ sağlığında tarixin yaddaşında əbədiləşdiyini bildiriblər.
Tədbirlərdə Ulu Öndərimizin Azərbaycanın dövlət müstəqilliyinin qazanılmasında və möhkəmləndirilməsindəki müstəsna rolundan danışılıb. Ulu Öndərin yürütdüyü uzaqgörən daxili və xarici siyasət nəticəsində ölkəmizin artıq dünyanın lider dövlətlərindən, regionun iqtisadi və siyasi mərkəzlərindən birinə çevrildiyi qeyd olunub. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirir və onun ətrafında daha sıx birləşirlər.
Sonda ümummilli lider Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli siyasi fəaliyyətinə həsr edilmiş sənədli film nümayiş olunub.