Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda “Ekoloji sağlam həyat gənclərin gözü ilə” adlı layihənin açılış mərasimi olub

13 dekabr 2017 | 11:00

   Xətai rayon 257 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Xətai Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi və 257 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun X qrand müsabiqəsinin qalibi rayon gənci Aynur Orucovanın “Ekoloji sağlam həyat gənclərin gözü ilə” adlı layihəsinin açılış mərasimi və layihə çərçivəsində “Neft və ekologiya” mövzusunda birinci canlı rəsm müsabiqəsi keçirilmişdir.  
   Tədbirdə Xətai rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Orucov, Azərbaycan Rəssamlar İttifaqının üzvü Sevinc Kərimova, layihə rəhbəri Aynur Orucova və 257 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Kamilə Kərimova iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Xətai rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Orucov layihə rəhbərini təbrik etmiş və bu kimi layihələrin gənclərin ekoloji marifləndirilməsi, həmçinin bu istiqamətdə gənclərin mövcud problemlərə daha yaxından bələd olması istiqamətində mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır.
   Sonra çıxış edən layihə rəhbəri Aynur Orucova bildirmişdir ki, layihənin əsas məqsədi Xətai rayonunda yaşayan, təhsil alan uşaq, yeniyetmə və gənclərin ekoloji biliklərini artırmaq, onlar arasında ekoloji mədəniyyətin təbliği, ətraf mühitə daha diqqətli və qayğıkeş münasibətin, təbiətin və insan sağlamlığının qorunması üzrə fəal vətəndaş mövqeyinin formalaşdırılmasıdır.
   Çıxış edən Azərbaycan Rəssamlar İttifaqının üzvü Sevinc Kərimova müsabiqə iştirakçılarına mövzu haqqında ətraflı məlumat vermişdir.
   “Neft və ekologiya” mövzusu üzrə keçirilən müsabiqənin nəticələrinə görə Quliyeva Xədicə Elşən qızı I yeri, Xəlilova Aysel Anar qızı II yeri, İbrahimova Zibaxanım Novruz qızı III yeri tutmuşlar.
  Müsabiqənin qalibləri diplom və xatirə hədiyyələri ilə digər iştirakçılar isə sertifikatla mükafatlandırılmışlar.

 

Keçidlər