Xətai Rayon İcra Hakimiyyətində “Yanğın profilaktikasında və yanğın hadisələri zamanı əhaliyə düzgün davranış vərdişlərinin aşılanmasında yerli icra hakimiyyətləri və özünü idarəetmə orqanlarının” rolu mövzusunda müşavirə keçirilib.
Rayon icra hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbir əhalinin maarifləndirməsi işinə xidmət edir. Tədbirin keçirilməsində əsas məqsəd əhalini bu istiqamətdə marifləndirmək, onlara baş verəcək yangın və qazsızma hadisələri zamanı düzgün təxliyə olunması qaydalarını öyrədilməsidir. Rayon icra hakimiyyətinin başçısının müavini Rafiq Quliyev bildirdi ki, qış mövsümünün başlanması ilə əlaqədar yaşayış evlərinin, təhsil, səhiyyə və digər sosial yönümlü obyektləri fasiləsiz qaz, elektrik enerjisi və istiliklə təmin olunması üçün aidiyyəti qurumlar tərəfindən xeyli işlər görülüb. Belə işlərin görülməsində insanların təhlükəsizliyinin təmin olunması önəmli məsələlərdəndir. Bu baxımdan yarana biləcək hər hansı hadisənin qarşısını almaq məqsədilə rayon icra hakimiyyəti tərəfindən tədbirlər planı hazırlanıb. Rayon ərazisində fəaliyyət göstərən təhsil ocaqlarında, dövlət müəsisələrində, yaşayış ərazilərində marifləndimə işləri aparılır və əhaliyə bukletlər paylanılıb. Bakı Regional Mərkəzin rəis müavini Cəfər Məmmədov tədbirin əhəmiyyətindən danışdı. Vurğuladı ki, artıq paytaxtın bütün rayonlarında “Yanğın təhlükəsizliyi” mövzusunda müşavirələr keçirilib. Belə tədbirlərin keçirilməsi isə ölkə ərazisində insan ölümü ilə nəticələnən yanğınların qarşısının alınmasında və maarifləndirmədə mühüm rol oynayır.Qurum rəsmisi yanğının baş vermə səbəbləri barədə də məlumat verdi. Dedi ki, əhalinin yanğın təhlükəsizlik qaydalarına riayət etməməsi, yaşayış binalarının tüstü bacalarının vaxti vaxtinda təmizlənməməsi, elektrik, qaz, istilik sistemlərində baş vermiş nasazlıqların aradanqaldırılmaması, qeyri-standart və nasaz qızdırıcı avandanlıqlardan sitifadə edilməsi yanğına səbən olan amillərdir. Daha sonra “Yanğına səbəb olan amillər və onlardan qorunma yolları”, “Fövqəladə hadisə zamanı fəlakət zonalarından əhalinin düzgün təxliyə olunması qaydaları” mövzusunda məruzələri dinlənildi. Sonda Fövqəladə Hallar Nazirliyinin fəaliyyətini əks etdirən videoçarx nümayiş olundu.