Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayon İcra Hakimiyyətinin başçısı Ölkəmizdə səfərdə olan Yaponiyalı qonağı qəbul etmişdir

14 dekabr 2017 | 11:00

      2020-ci il Tokio Olimpiadasına hazırlıq ərəfəsində Yaponiyanın İşikava prefekturasının Şika şəhər Şurasının Tədris işləri şöbəsinin direktor müavini Hideaki Ooie Azərbaycana səfəri çərçivəsində Xətai rayon İcra Hakimiyyətinin Başçısı Razim Məmmədovla görüşmüşdür.
   Görüş zamanı qonağı səmimi salamlayan rayon İcra Hakimiyyətinin başçısı bildirdi ki, son dövrlər Yaponiya ilə Azərbaycan arasında dostluq münasibətləri daha intensiv inkişaf etməkdədir. Xətai rayonu da bu istiqamətdə xeyli işlər görüb. Başçı bildirib: “Bir neçə gün əvvəl mənim rəhbərliyimlə nümayəndə heyəti Yaponiyada olub, Tokio perefekturasının Setaqaya şəhərinin meri Nobuto Hosaka ilə, İşikava perefekturasının Komatsu şəhərinin meri Şinci Vada ilə, eləcə də, bir sıra dövlət və parlament üzvləri ilə görüşlər keçirilib, qarşılıqlı əlaqələrin qurulması və əməkdaşlıqla bağlı müzakirələr aparılıb. Bu ikitərəfli münasibətlər çərçivəsində Xətai rayonunda Azərbaycan–Yaponiya dostluq münasibətlərinin simvoluna çevrilmiş “Yapon bağı” salınıb, Yaponiyanın ölkəmizdəki səfirliyi ilə birgə müxtəlif tədbirlər və layihələr həyata keçirilib.
   Qonaq isə öz növbəsində səmimi qarşılanmağa görə öz minnətdarlığını bildirmiş, şəhərimizin gözəlliyinə, insanların qonaqpərvərliyinə,  bütün sahələrə, xüsusən də, idman sahəsinə dövlət tərəfindən göstərilən qayğıya heyran qaldığını bildirmişdir. Qeyd etmişdir ki, o, Azərbaycanda idmanın inkişafı haqqında çox eşidib, xüsusən də, Azərbaycan güləşçilərinin nailiyyətlərindən xəbərdardır. Elə gəlişinin də məqsədi Azərbaycan Güləş Federasiyası ilə əlaqələr qurmaq, 2020–ci il Tokio Olimpiadasında Azərbaycan güləşçilərini öz şəhərlərində qonaq etməkdir.
        Daha sonra qonaq Xətai rayonunun görməli yerləri ilə tanış olub, Xocalı abidəsini, Heydər Əliyev parkını və “Yapon bağı”nı ziyarət edib.

Keçidlər