Şriftin ölçüsü :

Saytın rəngi :

58 nömrəli məktəbdə “Azərbaycan Respublikası Prezidentinin Qüds məsələsinə dair Zirvə toplantısında iştirakı” mövzusunda məlumat saatı keçirilib

14 dekabr 2017 | 11:00

   Xətai rayonunda 58 və 165 nömrəli tam orta məktəblərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türkiyə Respublikasının təşəbbüsü ilə Qüds məsələsinə dair Zirvə toplantısında iştirakına həsr olunmuş tədbirlər keçirilib.
    Tədbirlərdə rayonun idarə, müəssisə rəhbərləri, ictimai birliklər, Xətai və Əhmədli bələdiyyəsinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Tədbirlərdə çıxış edən rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin  müdiri Pənah İmanov Azərbaycan Respublikası Prezidentinin Zirvə toplantısında iştirakından söz açaraq bildirdi ki, artıq regionda elə bir məsələ yoxdur ki, Azərbaycan həmin məsələnin həllində iştirak etməsin. Azərbaycanın İslam həmrəyliyi işinə böyük töhfə verdiyini bildirən Pənah İmanov 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsinin əbəs yerə olmadığını, məhz həmin ildə Azərbaycanda IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyini qeyd edərək bunun Azərbaycanın islamafobiyaya qarşı dünyada fəal iştirak edən ölkələr sırasında olduğunu diqqətə çatdırıb.

    Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

Keçidlər