13 nömrəli Uşaq Musiqi Məktəbində “Narkomaniyaya "YOX!" deyək” adlı tədbir keçirilmişdir.
19 may 2023-cü il tarixdə Xətai rayonu S.Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbində “Narkomaniyaya “YOX!” deyək” adlı tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın insan sağlamlığı üçün təhlükəsindən, insan həyatına vurduğu zərərdən və ölkəmizdə narkomaniyaya qarşı aparılan mübarizə haqqında geniş məlumat verərək bildirmişdir ki, bu tipli tədbirlərin keçirilməsində məqsəd şagirdləri narkomaniya və narkotik vasitələrin yaratdığı fəsadlar barəsində maarifləndirmək və onlar arasında sağlam həyat tərzini təbliğ etməkdir.
Xətai Rayon Polis İdarəsinin məsul əməkdaşı İlqar Abbaslı son zamanlar narkomaniyanın yalnız oğlan uşaqları arasında deyil, qız uşaqları arasında da geniş yayılmasını vurğulayaraq, narkomaniya və psixotrop maddələrin yaratdığı problemlər barədə maarifləndirici söhbət apardı.
Tədbir müəllimlərin müşayiəti ilə şagirdlərin ifa etdiyi musiqi əsərləri, həmçinin müəllim və şağırdlərin müxtəlif alətlərin ayrılıqda solo ifası ilə davam edib.