Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi məhəbbətlə anılmışdır.
Rayonunun idarə, müəssisə, təşkilat rəhbərlərləri, rayon ictimaiyyəti əvvəlcə Ulu öndərin adını daşıyan parka gələrək onun xatirəsinə ucaldılan abidənin önünə əklil qoyaraq, Ulu öndərə Allahdan rəhmət diləyərək, ruhuna dualar oxudular. Daha sonra rayon ictimaiyyəti üçün Ulu öndərin anım günü ilə bağlı ehsanlar verildi.
Hər il olduğu kimi rayonun bütün idarə müəssisə və təşkilatlarında Ulu öndərin xatirəsinə həsr olunmuş tədbirlər keçirilmiş, orta ümumtəhsil ocaqlarının hər birində ilk dərslər Ümummilli liderimizin xatirəsinə həsr edilmişdir.
Ümummilli liderin adını daşıyan liseydə də anım günü ilə bağlı tədbir keçirilib. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin şöbə müdiri Kamran İsmayılov ulu öndərin həyata keçirdiyi məqsədyönlü siyasət, iqtisadi-siyasi sabitlik nəticəsində ölkəmizdə insan hüquqlarının təmin olunması istiqamətində atdığı mühüm addımlardan danışıb. Bildirib ki, məhz dahi şəxsiyyətin qətiyyəti, cəsarəti və uzaqgörənliyi ilə Azərbaycanda ictimai-siyasi sabitliyə nail olundu, dövlətçiliyimizi məhv olmaq təhlükəsindən xilas etdi. Təhsil ocağının direktoru Fikrət Xəlilov isə əlavə edib ki, bütün varlığı ilə Vətəni Azərbaycana, xalqına bağlı olan Heydər Əliyev dövlət xadimi kimi uzun illər boyu Azərbaycan xalqına yol göstərəcək, fayda verəcək qiymətli irs yaradıb. Tədbir çərçivəsində məktəblilərin ifasında ədəbii bədii kopazisiya nümayiş olunub.Sonda ulu öndərin həyat və fəaliyyətini əks etdrinə film göstərilib.