Şriftin ölçüsü :

Saytın rəngi :

"Ağ şəhər" layihəsi uğurla icra edilir

20 dekabr 2017 | 11:00

   2017-ci il ərzində  “Ağ Şəhər”də böyük həcmdə tikinti, quraşdırma və abadlıq işləri görülüb, neft tullantıları ilə çirklənmiş sahələrin təmizlənməsi yekunlaşıb.
   Hazırda Ağ Şəhərin ərazisinə görə ən böyük olan Babək məhəlləsinin qərb hissəsində tikinti işləri başa çatır. Burada layihələndirilmiş 7 mərtəbəli klassik üslublu “Paris evləri”nin tikintisi tamamlanıb və hazırda abadlıq-quruculuq və yaşıllaşdırma işləri yekunlaşır.
   Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov yekun tamamlama işləri ilə əlaqədar əraziyə baxış keçirib.
   Məlumat verilib ki, Bakının iki əsas prospektini - Babək və Nobel prospektlərini və Mərkəzi Bulvar küçəsini birləşdirəcək, Ağ Şəhər bulvarına qədər uzanan Xəqani Rüstəmov küçəsinin yenidən qurulması işləri tamamlanıb. Ərazidə yeni park və dörd yol qovşağı istifadəyə hazırdır. Ağ Şəhərin əhəmiyyətli küçələrindən sayılan Süleyman Vəzirov və layihənin mərkəzindən keçən Mərkəzi Bulvar küçələri də əsaslı şəkildə yenidən qurulur.

 

Keçidlər