Şriftin ölçüsü :

Saytın rəngi :

“İslam həmrəyliyi və multikultural dəyərlər tolerantlığın əsasıdır” rəsm sərgi-müsabiqəsinə yekun vurulmuşdur

20 dekabr 2017 | 11:00

   Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət Rəsm Qalereyası,  Xətai rayon bələdiyyəsi, Gənclər və İdman idarəsi və Xətai Sənət Mərkəzinın təşkilatçılığı ilə “İslam Həmrəyliyi ili” çərçivəsində keçirilən “İslam həmrəyliyi və multikultural dəyərlər tolerantlığın əsasıdır” rəsm sərgi-müsabiqəsinə yekun vurulmuşdur.
   Bu münasibətlə keçirilən toplantıda Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov çıxış edərək bildirmişdir ki, ölkəmizdə multikulturalizm və tolerantlıq bir kampaniya deyil. Bu tarixən Azərbaycan xalqının həyat tərzi olmuş və bu gün də milli mənsubiyyətindən, dilindən və dinindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının gündəlik yaşam tərzinə çevrilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multukulturalizmi dövlət siyasəti elan etmişdir. Bu cür yanaşma həm multikulturalizmin ən yaxşı modeli olan ölkəmizin inkişafının tarixi reallıqları ilə, həm də müasir dünya sivilizasiyası məkanı və zamanı daxilində Azərbaycanın davamlı inkişaf tələbatları ilə elmi cəhətdən əsaslandırılmışdır.
   Pənah İmanov Azərbaycan dövlətinin milli-mənəvi, ümumbəşəri, humanist dəyərlərə söykənən bu siyasi kursu davamlı və ardıcıl olduğunu diqqətə çatdıraraq qeyd etdi ki, Prezident İlham Əliyevin qarşıya qoyduğu konkret məqsədlərə nail olmaq üçün multikulturalizmin elmi əsaslarının öyrənilməsi və dünyada təbliği sahəsində ölkəmizdə ciddi tədbirlər həyata keçirilir. Təkcə dövlət strukturları, siyasətçilər, dövlət məmurları qarşısında deyil, hər bir vətəndaş qarşısında da bir çox şanlı vəzifələr qoyulur. Dövlət başçısı multikulturalizmin və tolerantlığın böhran yaşadığı bir vaxtda Azərbaycanın bütün dünyaya nümunə oladuğunu bildirərək deyir: “Dinlərarası münasibətlərdə böhran yaşanır. İslamafobiya, ksenofobiya, antisemitizm meylləri güclənir. Multikulturalizm dəyərləri haqqında hətta yüksək vəzifə sahibləri tərəfindən çox təhlükəli ifadələr səslənir ki, multikulturalizm iflasa uğrayıb, multikulturalizm işləmir və onun gələcəyi yoxdur. Gəlsinlər, Azərbaycana baxsınlar. Azərbaycanda multikulturalizm yaşayır, möhkəmlənir”.
   Natiq bu tədbirin də ölkəmizdəki multikulturalizm və tolerantlığa əyani bir nümunə olduğunu bildirərək qeyd etdi ki, Azərbaycan incəsənətinin gələcəyi olan bu uşaqlar və yeniyetmələr çəkdikləri rəsmlərdə belə özlərinin başqa xalqlara, etnoslara və onların mədəniyyətlərinə olan səmimi duyğularını, münasibətlərini isti rənglərin dili ilə çox gözəl ifadə etmişlər. Bu sərgidə nümyiş etdirilən hər bir əsər artıq Azərbaycanın gənc nəslinin qəlbində, təfəkküründə yuva salmış tolerantlığın, multikulturalizmin təsdiqidir.
   Tədbirdə çıxış edən digər natiqlər ölkəmizdə multikultural dəyərlərin təbliği istiqamətində həyata keçirilən tədbirlərdən söz açaraq qeyd etdilər ki, mədəniyyətlərin və dinlərin harmoniyası və ənənəvi siyasəti sayəsində Azərbaycan həmişə müxtəlif etnosların nümayəndələrinin mədəniyyətləri və dinlərinin inteqrasiya məkanı olmuşdur. Bu sərgi-müsabiqənin də məqsədi insanlar arasında sevgi, dostluq və həmrəyliyin möhkəmlənməsinə təkan vermək, müxtəlif xalqların adət-ənənələrinə hörmət və onlar arasında mədəni körpünün yaradılmasıdır.
   Natiqlər ölkəmizin və xalqımızın sahib olduğu multikultural dəyərlərin, tolerantlıq ənənələrinin beynəlxalq ictimaiyyətə təqdim edilməsində Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da böyük xidmətləri olduğunu vurğuladılar.
   Tədbirin rəsmi hissəsi sərgi- müsabiqədə fərqlənən yeniyetmə rəssamlara sertifikatların və fəxri fərmanların təqdim edilməsi ilə başa çatdı.
   Sonra tədbirin iştirakçıları balaca rəssamların sərgi-müsabiqədə nümayiş etdirilən əsərlərinə tamaşa etdilər. Dünyanın müxtəlif xalqlarını milli geyimlərdə göstərən, dünyanın hamının evi olduğunu nümayiş etdirən və digər mövzularda çəkilən əsərlər böyük maraqla qarşılandı.

Keçidlər