Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda “Ekoloji sağlam həyat gənclərin gözü ilə” adlı layihə çərçivəsində “Yaşıl həyat” mövzusunda rəsm müsabiqəsi keçirilimişdir

21 dekabr 2017 | 11:00

   21 dekabr 2017-ci il tarixdə Xətai rayon 257 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Xətai Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi və 257 nömrəli tam orta məktəbin təşkilati dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun X qrand müsabiqəsinin qalibi rayon gənci Aynur Orucovanın “Ekoloji sağlam həyat gənclərin gözü ilə” adlı layihəsi çərçivəsində “Yaşıl həyat” mövzusunda canlı rəsm müsabiqəsi keçirilmişdir. 
  Tədbirdə Xətai rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Orucov, 257 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Kamilə Kərimova, Azərbaycan Rəssamlar İttifaqının üzvü Sevinc Kərimova və layihə rəhbəri Aynur Orucova iştirak etmişlər. 
   Tədbiri giriş sözü ilə açan Xətai rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Orucov son illər ekoloji problemlərin həlli istiqamətində dövlət tərəfindən görülən işlər haqqında danışmış və bu kimi layihələrin gənclərin ekoloji marifləndirilməsi istiqamətdə mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır.
   “Yaşıl həyat” mövzusu üzrə keçirilən müsabiqənin nəticələrinə görə Əmirli Gülxanım Rövşən qızı I yeri, Zeynalova Nigar Zaur qızı II yeri, Şirəliyeva Fatimə Azad qızı III yeri tutmuşlar.
    Müsabiqənin qalibləri diplom və xatirə hədiyyələri ilə digər iştirakçılar isə sertifikatla mükafatlandırılmışlar.


 

Keçidlər