Şriftin ölçüsü :

Saytın rəngi :

263 nömrəli tam orta məktəbdə “Azərbaycan Respublikası Prezidentinin xarici siyasət kursu: Balanslı siyasət və cəsarətli qərarların təntənəsi” mövzusunda növbəti məlumat saatı keçirilib

21 dekabr 2017 | 11:00

   21 dekabr 2017-ci il tarixdə Xətai rayonunda 263 nömrəli tam orta məktəbdə “Azərbaycan Respublikası Prezidentinin xarici siyasət kursu: Balanslı siyasət və cəsarətli qərarların təntənəsi” mövzusunda növbəti məlumat saatı keçirilib.    

   Rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, Xətai və Əhmədli bələdiyyəsinin üzvləri, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin  müdiri Pənah İmanov Azərbaycan Respublikası Prezidentinin davamlı nailiyyətlərlə zəngin daxili və xarici siyasətindən, bu siyasət nəticəsində Azərbaycanını beynəlxalq aləmdə artan nüfuzundan danışıb. Məlumat verilib ki, son dövrlərdə dünyada baş verən  münaqişələr, qarşıdurmalar, müharibələr ictimai-siyasi durumu daha da mürəkkəbləşdirir. 
   Bu hadisələr fonunda Azərbaycanın dövlət başçısının apardığı balanslı siyasət nəticəsində ölkədə stabil ictimai-siyasi vəziyyət və dinamik sosial-iqtisadi inkişaf təmin edilmiş, Azərbaycan sivil, hüquqi dövlət olaraq beynəlxalq layihələrə imza atmaga, beynəlxalq konfranslara, simpoziumlara, idman və bilik yarışlarına, digər tədbirlərə ev sahibliyi etməyə davam edir. Əlbəttə bütün bu uğurlar gərgin əməyin, düşünülmüş uzaqgörən siyasətin nəticəsidir.
    Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

Keçidlər