Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai Sənət Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə tədbir keçirilib

23 dekabr 2017 | 11:00

    Xətai rayonunda 31 Dekabr-Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibətilə silsilə tədbirlər həyata keçirilir.
   Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən növbəti belə tədbir Xətai Sənət Mərkəzində baş tutub.
Tədbir iştirakçıları əvvəlcə uşaqların əl işlərindən ibarət 50-dən çox rəsm əsərinin nümayiş olunduğu sərgiyə baxıblar. Məlumat verilib  ki, sərgiyə daxil olan əsərlərdə yeni il, milli- mənəvi dəyərlər, ölkəmizin tarixini əks etdirən mövzular yer alıb.
   Tədbirdə çıxış edən Xətai rayon icra hakimiyyəti başçısıının müavini Jalə Abdıyeva diqqətə çatdırıb ki, artıq dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir. Azərbaycan xalqının həmrəyliyinin təmin olunmasında Prezident İlham Əliyevin böyük xidmətləri var. Yeni il ərəfəsində Heydər Əliyev    Fondu tərəfindən müxtəlif orta məktəblərdə, uşaq evlərində və internat məktəblərində uşaqlar üçün şənliklər təşkil edilir.  Tədbirdə çıxış edən Bakı Musiqi Akademiyasının professoru, Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Zenfira xanım Qafarova gənc rəssamları təbrik edərək bildirib ki,  bu günün böyük  təntənə ilə  qeyd edilməsi dünyada yaşayan bütün soydaşlarımız üçün mənəvi ehtiyaca çevrilib.
   Tədbirdə 2 nömrəli Respublika Uşaq və Gənclər İnkişaf Mərkəzinin və Xətai rayonundakı 25 nömrəli musiqi məkətbinin kollektivlərinin ifasında rəngarəng mahnılar səsləndirilib, rəqslər nümayiş olunub.

Keçidlər