Şriftin ölçüsü :

Saytın rəngi :

11 dekabr 2013-cü il tarixdə Ümummilli lider Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə bağlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə YAP Xətai rayon təşkilatında gənclərlə görüş keçirilib

12 dekabr 2013 | 11:00

11 dekabr 2013-cü il tarixdə Ümummilli lider Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə bağlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə YAP Xətai rayon təşkilatında gənclərlə görüş keçirilib.
Tədbirdə çıxış edən Xətai rayon icra hakimiyyətinin şöbə müdiri Kamran İsmayilov dahi şəxsiyyətin  cəmiyyətin həyatına nüfuz edən müdrik, proqmatik siyasətindən, ümumdünya diplomatiyası qarşısındakı misilsiz xidmətlərindən danışıb.Bildirib ki, Ulu öndər Heydər Əliyev 1969-cu ildə Respublikaya rəhbər seçiləndən sonra dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşması istiqamətində qətiyyətli addımlar atmağa başladı. Bu müsbət dəyişikliklər ölkə həyatının bütün sahələrində olduğu kimi, gənclər siyasətində də öz bəhrəsini verdi. Digər çıxış edənlər isə bildiriblər ki, ulu öndər Heydər Əliyevin uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti bu gün mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyev Ulu öndərin gənclər siyasətinə sadiqliyini qəbul etdiyi bütün qərarları ilə təsdiq edir.

Keçidlər