Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətində ev təsərrüfatı uçot kitablarının işlənməsi ilə bağlı müşavirə keçirilmişdir

26 dekabr 2017 | 11:00

Xətai rayon İcra Hakimiyyətində Ev təsərrüfatı uçot kitablarının işlənməsi işinin təşkili ilə əlaqədar Əhmədli qəsəbə və digər dörd sahə inzibatı ərazi dairələri üzrə nümayəndəliklərin rəhbərlərinin, məsul işçilərinin, Xətai və Əhmədli bələdiyyələrinin sədrlərinin,  rayon Mənzil İstismar sahələrinin rəislərinin və digər əlaqədar təşkilatların nümayəndələrinin  iştirakı ilə müşavirə keçirilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Pənah İmanov çıxış edərək bildirmişdir ki, 20 dekabr 2017-ci il tarixdə Suraxanı rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Respublika Statistika Komitəsinin birgə təşkilatçılığı ilə Təsərrüfatbaşına uçot sənədləşdirilməsinin aparılması ilə bağlı təlimat müşavirəsi keçirilmişdir.
        Müşavirədə ev təsərrüfatı kitablarının yeni formasının doldurulmasi və işlənməsi qaydaları izah olunmuşdur. Bu işlər mövcud  qanunvericiliyə əsasən 2018-ci ilin yanvar ayı ərzində işlənməli və tam başa çatdırılmalıdır. Məsələnin vacibliyi  nəzərə alınaraq bu işə ciddi yanaşılmalı, bütün aidiyyatı qurumlar əlaqəli formada fəaliyyət göstərməli və tapşırıqların  vaxtında başa çatdırılması üçün mövcud  imkanlar səfərbər edilməlidir.
        Sonra tapşırıqla əlaqədar müzakirələr aparılmışdır.

Keçidlər