Rayon İcra Hakimiyyətinin başçısı sakinləri qəbul etmişdir
27 dekabr 2017-ci il tarixdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov növbədənkənar qəbul keçirmişdir.
Qəbulda rayonun Daşqın Səfərov küçəsi 7 ünvanda yaşayan bir neçə sakini və İcra Hakimiyyətinin məsul işçiləri iştirak etmişlər.
Vətəndaşlar yaşadıqları binaya istiliyin verilməməsindən şikayət etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov qaldırılan məsələ ilə bağlı dərhal vəziyyətin araşdırılması və problemin aradan qaldırılması haqda tapşırıq vermişdir.
Aidiyyatı təşkilatların nümayəndələri ilə birlikdə ünvana baxış keçirilmiş, problemin aradan qaldırılması üçün müvafiq tədbirlər görülmüşdür.
Sakinlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.